Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı daşıyan yük qatarı yola salınıb. Bu gün Biləcəri Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 7 vaqondan ibarətdir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
***
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı bu gün Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.
Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.