Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rumıniya ABŞ qırıcılarını İrana qarşı bazasına yerləşdirməyi müzakirə edir

2 dəq
Paylaş:
Rumıniya ABŞ qırıcılarını İrana qarşı bazasına yerləşdirməyi müzakirə edir

Bu gün Rumıniya Prezidenti Dan İrana qarşı üçün təyyarələrinin Rumıniya bazalarına daxil olmasına icazə verilməsi məsələsini müzakirə etmək üçün Ali Milli Müdafiə Şurasının iclasını çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət və onun Rumıniya üçün nəticələri, eləcə də ölkədə hərbi qüvvələrin müvəqqəti yerləşdirilməsinin mümkünlüyü müzakirə olunub.

Yayılan məlumatlara görə, ABŞ strateji əhəmiyyətli NATO obyekti olan Konstansa yaxınlığındakı Mixail Koqălniceanu Hava Bazasına qoşun və qırıcı təyyarələrin yerləşdirilməsini istəyib.

Hava bazası əvvəlki hərbi əməliyyatlarda istifadə olunub və regionda əsas NATO mərkəzi hesab olunur.

Qeyd edək ki, "Reuters" agentliyi ABŞ-nin ötən il öz sərhədlərinə və Hind-Sakit Okean bölgəsinə diqqət yetirərək aviabazadan təxminən 1000 çıxardığını bildirib. Lakin Rumıniyada daha 1000 Amerika əsgəri qalmaqdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax