Şabran rayonu ərazisində sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir-bərpa tədbirləri Düzbilici-Vələsi-Çinarlar yolunun 5 və 8-ci kilometrlərində, eləcə də Şabran-Qalaaltı yolunun 6-cı kilometrliyində aparılır.
Hazırda ərazilərdə aşağıdakı işlər görülür:
- Qazıntı və əks-dolğu proseslərinin icrası;
- Zədələnmiş suötürücü boruların bərpası.
Agentlikdən bildirilib ki, nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası və hərəkət təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz addımlar atılır. Həmçinin, sel sularının gələcəkdə yarada biləcəyi risklərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.