"Real Madrid" "RB Leyptsiq"in gənc vingeri Yan Diomande ilə maraqlanmağı davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, insayder Əkrəm Konurun məlumatına görə, Madrid klubu 19 yaşlı futbolçunu transfer etmək istəsə də, tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb.
Məlumata görə, "RB Leyptsiq" Diomande üçün 120 milyon avro tələb edir. "Real Madrid" bu məbləği ödəməyə hazır deyil və Almaniya klubu da qiymətdə endirim etmək niyyətində deyil.
Bildirilir ki, "RB Leyptsiq" futbolçunu komandada saxlamaq üçün ona maaşı artırılmış yeni müqavilə təklif etməyi planlaşdırır. Bununla yanaşı, Diomande daha nüfuzlu klubda çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.