Qəzzada daha bir media üzvü həlak olub

Qəzzada daha bir media üzvü həlak olub
16.12.2023 13:18
Aa
dəq

İsrail ordusunun Qəzza zolağında apardığı hərbi əməliyyatlar zamanı daha bir media üzvü həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Xan Yunis şəhərinə endirilən zərbə nəticəsində “Al Jazeera“ telekanalının operatoru ölüb, müxbiri isə yaralanıb.

Məlumata görə, jurnalist Vael Daduh və operator Samir Abudaka Xan Yunisdəki məktəbdən reportaj hazırlayarkən şəhər İsrailin hücumuna məruz qalıb.

Əlindən, qolundan, çiynindən və qarın nahiyəsindən yaralanan müxbir dərhal xəstəxanaya aparılıb. Hücumla bağlı açıqlama verən Vael Daduh yoldaşını xilas etmək istəsə də bunu bacarmadıqlarını deyib.

“Təcili yardım maşınına mindik, lakin mən onlardan geriyə qayıtmalarını istədim, çünki Samir hələ də orada idi, qışqırıb köməyə çağırırdı. Tibb işçiləri isə mənə dərhal getməli olduğumuzu və hadisə bölgəsinə başqa təcili yardım briqadası göndərəcəklərini bildirdilər”, – deyə yaralı jurnalist qeyd edib.

Əl-Cəzirə telekanalı ölümlə nəticələnən hava hücumunu pisləyərək jurnalistlərin və onların ailələrinin sistematik şəkildə hədəfə alındığına dair açıqlama yayıb. Telekanal baş verənlərə görə İsrail hökumətinin məsuliyyət daşıdığını bildirib.

Samir Abudakanın ölümü ilə Qəzzada hərbi əməliyyatlar zamanı həlak olan fələstinli media üzvlərinin sayı 59-a yüksəlib. Dekabrın 15-nə olan statistikaya əsasən 2 aydan çoxdur davam edən İsrail-Həmas müharibəsi nəticəsində azı 66 jurnalist həlak olub.
 

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu