Qeyri-adi gücü olduğunu iddia edən qadın 100 min manatlıq dələduzluq etdi

Qeyri-adi gücü olduğunu iddia edən qadın 100 min manatlıq dələduzluq etdi
01.04.2023 09:01
Aa
dəq

Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib.

Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu