"Qarabağ" klubu macarıstanlı futbolçu Bense Varkonyinin transferini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Zalaeqerseq" komandasından heyətə cəlb olunan 24 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinin detalları hələlik bəlli deyil.
Xatırladaq ki, Bense Varkonyi 2024-cü ildən "Zalaeqerseq"də çıxış edib.