Operativ Məlumat Mərkəzi

“Qarabağ” bu gün “Neftçi” ilə qarşılaşacaq

1 dəq
Paylaş:
“Qarabağ” bu gün “Neftçi” ilə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılan “Qarabağ” top fərqində də öndədir – 118:83. Eyni zamanda, “Qarabağ” 9 oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.

“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir. “Neftçi” isə 25 xalla beşinci pillədə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər