Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kamran Əliyev və Akın Gürlek hüquqi əməkdaşlığı müzakirə edib

3 dəq
Paylaş:
Kamran Əliyev və Akın Gürlek hüquqi əməkdaşlığı müzakirə edib

Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dövlətlər arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Baş prokuror, həmçinin, nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbul şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.

Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətlərinin bundan sonra da qarşılıqlı etimad və dəstək əsasında uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax