Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gün ərzində səmada dəyişkən buludluluq müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, gecə saatlarında bəzi ərazilərdə arabir yağış yağacağı ehtimal edilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq və mülayim cənub-qərb küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 10-12° isti, gündüz isə 14-18° isti təşkil edəcək.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə 70-80% ətrafında olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək. Bölgələrdə havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti olacaq.
Dağlıq ərazilərdə isə termometrlər gecə 2-7° isti, gündüz 12-17° isti göstərəcək.