Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın havası açıqlandı: bəzi yerlərdə qar yağacaq

2 dəq
Paylaş:
Sabahın havası açıqlandı: bəzi yerlərdə qar yağacaq

Fevralın 8-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə olunacaq, - küləyi əsəcək.

Havanın temperaturu gecə 3–6 dərəcə isti, gündüz isə 6–9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85–90 faiz, gündüz isə 75–80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında və dağətəyi ərazilərdə arabir , bəzi yerlərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşəcəyi istisna edilmir. Bəzi ərazilərdə duman, qərb küləyinin isə arabir güclənəcəyi bildirilir.

Rayonlarda havanın temperaturu gecə 1–4 dərəcə isti, gündüz 12–17 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–5 dərəcə şaxta, gündüz 5–10 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax