Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu açıqlandı

2 dəq
Paylaş:
Sabahın hava proqnozu açıqlandı

Bakı yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya yayıb. Bildirilib ki, gündüz bəzi yerlərdə çiskinli hava və cənub-şərq müşahidə olunacaq.

Paytaxtda havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 75-85% olacaq.

Azərbaycanın rayonlarında isə gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir. Axşam -ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi gündüz arabir güclənəcək. Bölgələrdə temperatur gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax