Bakının əsas yollarında kəskin tıxac yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Hazırda paytaxt yollarındakı ən son vəziyyət və sıxlıq müşahidə olunan ərazilər bunlardır:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Babək prospekti, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Məhəmməd Hadi küçəsi, "Əhmədli" metrostansiyasının ətrafı;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.