Azərbaycan dəmir yolu və avtomobil yolu infrastrukturuna yatırılan investisiyalar hesabına yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində addımlar atır. Bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı məlumat verib.
Şərq-Qərb dəhlizinin uğurlu fəaliyyətini vurğulayan dövlət başçısı, bu marşrutun tərkib hissəsi olacaq Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. Prezident bildirib ki, sözügedən dəhliz 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və özünün iştirakı ilə imzalanmış sənədə əsasən mütləq şəkildə inşa ediləcək.