Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident həmkarını təbrik etdi

2 dəq
Paylaş:
Prezident həmkarını təbrik etdi

İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab ,

17 Avqust - İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə və Sizin simanızda dost xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax