Operativ Məlumat Mərkəzi

Prezident Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb

1 dəq
Paylaş:
Prezident Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61...

Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər