Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev “Yeni Daşkənd”lə tanış olub

2 dəq
Paylaş:
İlham Əliyev “Yeni Daşkənd”lə tanış olub

Avqustun 23-də Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni ”lə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti sahələrində 10 mindən çox işçi çalışır. “Yeni Daşkənd”də tətbiq edilən mühüm innovativ həllərdən biri elektrik enerjisinin istehsalı, istilik və soyutma proseslərinin vahid texnoloji zəncir çərçivəsində idarə olunduğu trigenerasiya texnologiyasıdır.

Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət mərkəzləri, biznes kompleksləri, turizm obyektləri, “Yeni ” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi inşa edilir. Burada inşa olunan “Şərq Baharı” kompleksi Mərkəzi Asiyanın ən iri yaşayış layihələrindən biri olacaq. Ərazisi 95 hektar olan kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə