Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan 78 kq narkotik keçirilməsinin qarşısı alındı

1 dəq
Paylaş:
İrandan 78 kq narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 78 kiloqram 250 qram və 1990 ədəd nakotik tərkibli həbin yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə -istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax