Azərbaycanda fəaliyyətə başlayan Milli Kibertəhlükəsizlik Agentliyinin idarəetmə strukturu ilə bağlı təfərrüatlar məlum olub. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə görə, qurumun İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək.
Agentliyin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək. Qurumun İdarə Heyəti 4 üzvdən ibarət olacaq:
- İdarə Heyətinin sədri;
- İdarə Heyəti sədrinin 3 müavini.
Qeyd edək ki, İdarə Heyətinin sədri və onun müavinləri rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. İdarə Heyətinin sədri müvəqqəti olaraq vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətlərini sədr tərəfindən müəyyən edilmiş müavinlərdən biri yerinə yetirəcək.