Operativ Məlumat Mərkəzi

Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

1 dəq
Paylaş:
Paşinyan Ərdoğanı İrəvana dəvət etdi
bununla bağlı xarici KİV məlumat yayıb. “Mən Türkiyə prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana...

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Mən Türkiyə prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfərə dəvət etmək niyyətindəyəm”, - Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, sammit həm də Türkiyənin yardımı ilə İrəvanda baş tutacaq.

Qeyd edək ki, may ayında Paşinyan Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcəyini bəyan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər