Ötən həftə 249 nəfər COVID-19-a yoluxub

Ötən həftə 249 nəfər COVID-19-a yoluxub
17.10.2023 12:42
Aa
dəq

Azərbaycanda son 1 həftə ərzində (09-15 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmin müddətdə infeksiyaya 249 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 362 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 10 nəfərdir.

İndiyədək ölkədə ümumilikdə 833 799 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 205 nəfər müalicə olunaraq sağalıb, hazırda 247 aktiv xəstə var. Bu günə qədər 10 347 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 007, bu günə qədər isə ümumilikdə 7 696 360 test icra olunub.

Eyni zamanda, ölkədə son həftə ərzində vaksin vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu