Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
28.02.2023 12:19
Aa
dəq

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinə rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində rayon sakinləri N.Nəbiyev, V.Nəbiyev və A.Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşları cari ilin müvafiq dövründə oğurluq faktı ilə bağlı 3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 (ümumilikdə 18 kq-a yaxın narkotik vasitə), qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində isə 1 uğurlu əməliyyat tədbiri həyata keçirib.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu