Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

1 dəq
Paylaş:
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

2026-2027-ci ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” İnstitutundan məlumat verilib.

Bildirilib ki, qəbulun nəticələri ilə sy.edu.az platformasında "İmtahanlar" bölməsinin "Lisey seçimi" alt bölməsindən ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki "Sorğularım" bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Lisey və gimnaziyaların balları ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

Lisey və gimnaziyaların keçid balları/minimum bal

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax