Bu həftə Şimali Koreya taktiki ballistik raket döyüş başlığı və elektromaqnit silah sistemi də daxil olmaqla bir sıra əhəmiyyətli silah sınaqları keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Koreya Mərkəzi Xəbər Agentliyi" məlumat yayıb.
Açıqlamada bildirilir: "KXDR Milli Müdafiə Akademiyası və Raket Texnologiyaları Baş İdarəsi 6, 7 və 8 aprel tarixlərində elektromaqnit silah sisteminin sınaqlarını keçirərək taktiki ballistik raket döyüş başlığının döyüş şəraitində istifadəyə yararlılığını və gücünü yoxlayıb".
Aprelin 8-də Cənubi Koreya ordusunun Şimali Koreya ərazisindən Yapon dənizinə bir neçə qısa mənzilli ballistik raketin atıldığını aşkar etdiyi bildirilib. Cənubi Koreya ordusunun məlumatına görə, raketlər təxminən 240 km uçub. Bu, Şimali Koreyanın bu il ərzində dördüncü ballistik raket sınağıdır.