Bakı şəhərinin Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində yerləşən küçə parklanma yerlərinin bir hissəsi ləğv olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, bu addım yaxınlıqdakı tibb müəssisələrinə müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə atılıb.
Dəyişikliklər çərçivəsində aşağıdakı tədbirlər görülüb:
- Nəsirəddin Tusi adına Klinika və Mərkəzi Gömrük Hospitalının qarşısında “3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılaraq xüsusi minib-düşmə yerləri təşkil olunub.
- Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları yerləşdirilərək taksilərin sərnişinləri təhlükəsiz şəkildə düşürmələri üçün şərait yaradılıb.