Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkarlanıb

2 dəq
Paylaş:
Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkarlanıb

Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun məlumatına görə, Ağdərə və Ağdam rayonlarında həyata keçirilən arxeoloji qazıntı və monitorinqlər zamanı yeni tarixi edilib. Tədqiqatlar Ağdərənin kəndi yaxınlığındakı "Dəmirli" Filiz Emalı Kompleksi və Ağdamın Göytəpə kəndi ərazisində aparılıb.

Canyataq ərazisindəki tədqiqatlar

"Dəmirli" Filiz Emalı Kompleksinin ərazisində aparılan zamanı neolit dövrünə aid yaşayış yeri müəyyən edilib. Tədqiqatçılar ehtimal edirlər ki, Canyataq ərazisi qədim dövrdə oxra (təbii mineral piqment) tədarükü və ticarəti ilə məşğul olan düşərgə olub. Buradan aşkar edilən çoxsaylı daş alət fraqmentləri və oxra qırıntıları bu fikri dəstəkləyir. Bundan əlavə, ərazidə orta əsrlərə aid yaşayış izləri və XI-XV əsrlərə aid şirli keramika nümunələri tapılıb. Monitorinq qrupu həmçinin kompleks yaxınlığında 3 ədəd kurqan qeydə alıb.

Ağdamda arxeoloji monitorinq

Ağdam rayonunun Göytəpə kəndi ərazisində aparılan işlər zamanı iki arxeoloji abidə tədqiq edilib. Bunlardan biri İlk Tunc dövrünə aid, 4 hektardan çox sahəni əhatə edən və 8 metrə yaxın hündürlüyü olan Göytəpə yaşayış yeridir. Abidənin üst qatında antik dövrə aid mədəni təbəqənin mövcudluğu da müəyyən edilib. Qeyd edək ki, bir müddət öncə Eyvazxanbəyli kəndinin yenidən qurulması zamanı abidənin bir hissəsi zərər görüb.

Ekspedisiya qrupu Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığında altıguşəli formada inşa edilmiş türbəni də qeydə alıb. Daş kitabəyə əsasən, 1924-cü ildə inşa edilən türbədə Şamil bəy Salman bəy oğlu dəfn olunub. Mütəxəssislər bu tikilini Azərbaycanın orta əsr memarlıq ənənələrini əks etdirən nadir nümunələrdən biri kimi qiymətləndirirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax