Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pediatriya və Endokrinoloji mərkəzlərdə yeni təyinatlar

1 dəq
Paylaş:
Pediatriya və Endokrinoloji mərkəzlərdə yeni təyinatlar

Pediatriya Mərkəzinin vəzifəsinə Erkin Rəhimov təyin olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə TƏBİB-dən məlumat verilib.

Eyni zamanda, Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Dinar Qəhrəmanova təyin edilib.

Bundan başqa Nizami Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə isə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunublar.

Qeyd edək ki, Erkin Rəhimov 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri olub.

Dinar Qəhrəmanova isə 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax