UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” və Azərbaycanın “Neftçi” komandaları arasında cavab oyunu başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçirilən görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 12-ci dəqiqədə Breno Almeyda vurub.
Minsk təmsilçisi Bakıdakı ilk matçda 4:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə keçən tərəf olub. Bununla da Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv avrokuboklarla vidalaşıb.