Operativ Məlumat Mərkəzi

Naxçıvanda dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək

1 dəq
Paylaş:
Naxçıvanda dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək
Naxçıvan Muxtar Respublikasının dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) arasında əməkdaşlığın...

Naxçıvan Muxtar Respublikasının dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) arasında əməkdaşlığın gücləndirilməsi və müvafiq məlumat mübadiləsi təmin ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı əsas icraçı qurum kimi Prezident Administrasiyası müəyyənləşib.

2023–2027-ci illəri əhatə edəcək işlərin digər icraçıları Azərbaycanın Nazirlər Kabineti ilə Naxçıvanın Nazirlər Kabinetidir.

İlkin mərhədə müvafiq sahədə layihə təkliflərinin hazırlanması nəzərdə tutulub.

Bununla da dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər