Operativ Məlumat Mərkəzi

Naxçıvana qar yağıb - FOTO

1 dəq
Paylaş:
Naxçıvana qar yağıb - FOTO
Naxçıvan Muxtar Rəspublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağlıq ərazilərdə qar yağıb. Naxçıvan Muxtar Respublikasının...

Naxçıvan Muxtar Rəspublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağlıq ərazilərdə qar yağıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.

Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər