Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Qonaq evinin qarşısındakı su xəttində qəza baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
Aidiyyəti orqanlar əraziyə cəlb olunub. Hazırda təmir işləri aparılır.
Qəzadan sonra Xətai, Qoçüstü, Çənlibel kimi böyük məhəllələrə suyun verilişi müvəqqəti dayanıb.