ABŞ-nin Azərbaycandakı Səfirliyi milli futbolçu Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən "Colombus Crew" klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!
"Qarabağ FK"nın heyətində nümayiş etdirdiyi parlaq çıxışlarla rəğbət qazanan istedadlı gənc hücumçu, ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur".
Səfirlik həmçinin "Qarabağ" klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə də arzu edib.