Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
16.04.2024 07:30
Aa
dəq

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Baloğlan İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, üzərindən marixuana aşkarlanan şəxs narkotik vasitəni Azər adlı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən tədbirlər nəticəsində B.İsmayılova narkotik vasitəni satan Naftalan şəhər sakini Azər Rüstəmov da saxlanılıb. Üzərindən marixuana aşkar edilən A. Rüstəmov isə ifadəsində narkotik vasitəni Mingəçevir şəhər sakini Fəqan adlı şəxsdən aldığını bildirib. Tədbirlərin davamı olaraq Fəqan Əliyev də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən də narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib

Qəsdən adam öldürmədə şübhəli bilinən şəxs ürəktutmadan vəfat edib
DAVAMIN OXU davamın oxu

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Abşeronda qətl hadisəsi törədilib

Abşeronda qətl hadisəsi törədilib
DAVAMIN OXU davamın oxu

Abşeronda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Abşeronda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
DAVAMIN OXU davamın oxu