Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Möminə xatun türbəsinin bərpasına 9,5 milyon manat ayrıldı

2 dəq
Paylaş:
Möminə xatun türbəsinin bərpasına 9,5 milyon manat ayrıldı

Naxçıvan şəhərində Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax