Bakının bir neçə əsas prospekt və küçəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda paytaxtda nəqliyyatın intensiv olduğu yol sahələri aşağıdakılardır:
Babək prospekti – mərkəz istiqamətində
Heydər Əliyev prospekti – əsas yol üzrə, mərkəz istiqamətində
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində
Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində
Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri və yol hərəkəti qaydalarına əməl etmələri tövsiyə olunur.