Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lökbatan-Güzdək avtomobil yolunda bərpa işləri aparılır

1 dəq
Paylaş:
Lökbatan-Güzdək avtomobil yolunda bərpa işləri aparılır

Bakı şəhərinin - yolunun 2.2-ci kilometrliyində bərpa tədbirləri həyata keçirilir. Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, hazırda ərazidə gediş-gəlişin fasiləsizliyini təmin etmək üçün müvəqqəti yolun tikintisi davam etdirilir.

Aparılan işlər çərçivəsində sel sularının yararsız hala saldığı mövcud suötürücü qurğunun sökülməsi nəzərdə tutulub. Bununla yanaşı, ərazidə yeni körpünün layihələndirilməsi prosesi də paralel şəkildə icra olunur.

Qeyd edək ki, sözügedən tikinti-bərpa işləri ölkə Prezidentinin müvafiq sərəncamına əsasən yerinə yetirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax