Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Apofis asteroidi 2029-cu ildə kosmik tullantılarla toqquşacaq?

2 dəq
Paylaş:
Apofis asteroidi 2029-cu ildə kosmik tullantılarla toqquşacaq?

2029-cu ilin aprelində Yerə təxminən 32 min kilometr məsafədən keçəcəyi gözlənilən 99942 asteroidinin insan mənşəli tullantılarla toqquşma ehtimalı olduğu bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"The Planetary Science Journal"da dərc olunan araşdırmaya əsasən, İtaliya Milli Tədqiqat Şurasının (CNR) alimləri Apofisin uçuş trayektoriyasını və geostasionar orbitdə (GEO) yerləşən kosmik tullantıların paylanmasını simulyasiya ediblər.

Tədqiqatın nəticələrinə görə, Apofis Yer üçün heç bir təhlükə yaratmır.

Bununla belə, Yer ətrafında toplanmış kosmik tullantılarla asteroidin toqquşma ehtimalı mövcuddur.

bildiriblər ki, mümkün toqquşma asteroidin orbitini dəyişməyəcək və Yer üçün yeni təhlükə formalaşdırmayacaq. Lakin belə bir hadisə asteroidin səthində kiçik krater yarada və toz buludunun əmələ gəlməsinə səbəb ola bilər.

Avropa Kosmik Agentliyinin (ESA) RAMSES və -nın OSIRIS-APEX missiyaları Apofisin yaxın keçidi zamanı Yerin cazibə qüvvəsinin asteroidə təsirini, səth sürüşmələrini və mümkün seysmik prosesləri araşdırmağı planlaşdırır.

Mütəxəssislər qeyd edirlər ki, yaxın keçid ərəfəsində baş verə biləcək gözlənilməz kosmik tullantı toqquşması Yerin asteroidə təsirinin müşahidələrini çətinləşdirə bilər.

Araşdırma, xüsusilə geostasionar orbitdəki kiçik kosmik tullantıların izlənilməsində mövcud boşluqları da üzə çıxarıb.

Avropa İttifaqının Kosmik Müşahidə Sistemi çərçivəsində istifadəyə veriləcək yeni teleskopların köməyi ilə 2029-cu ilədək yüksək orbitlərdəki kosmik tullantıların daha dəqiq xəritələndirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax