İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Vorvik Universitetinin prorektorunun müavini Karla Virinderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və Təhsil nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüş çərçivəsində Böyük Britaniyanın Vorvik Universiteti ilə mövcud əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.