Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib

2 dəq
Paylaş:
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib

Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyası (WUF13) ilə əlaqədar təşkilati və maliyyə məsələləri ilə barədə əlavə ratifikasiya edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan " Respublikası Hökuməti ilə Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiqinə dair qanun layihəsinə əsasən, sənəd 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Bildirilib ki, sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sənədə əsasən, tədbirin keçirildiyi dövrdə tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax