Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi III oxunuşda qəbul olunub

1 dəq
Paylaş:
Dövlət büdcəsinin icrasına dair qanun layihəsi III oxunuşda qəbul olunub

Milli Məclisin sessiyasının bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 edib ki, bu da əvvəlki müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax