Operativ Məlumat Mərkəzi

Məhkəmələr 2022-ci ildə insan alveriylə bağlı 12 nəfər barədə ittiham hökmü çıxarıb

2 dəq
Paylaş:
Məhkəmələr 2022-ci ildə insan alveriylə bağlı 12 nəfər barədə ittiham hökmü çıxarıb
bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı...

İnsan alveri cinayətləri ilə bağlı keçən il məsuliyyətə cəlb olunan 15 şəxsdən (13-ü qadın, 2-i kişi) 12-i barədə məhkəmələr tərəfindən ittiham hökmü çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 (-1) nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.

Axtarışda olan 23 (-3) təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər