Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

2 dəq
Paylaş:
Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

“Bavariya”nın qapıçısı Manuel tarixdə ən çox titul almaniyalı futbolçu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qolkiper bu uğura ötən gün Superkuboku uğrunda qarşılaşmada imza atıb.

“Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan 40 yaşlı qapıçı 36-cı titulunu qazanıb. Bununla da keçmiş komanda yoldaşı Mülleri geridə qoyaraq Almaniya futbolunun tarixinə düşüb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin iyulundan “Bavariya”nın formasını geyinir. klubu ilə 13 dəfə Almaniya çempionu olan qapıçı 2 dəfə Çempionlar Liqasında, 2 dəfə isə UEFA Superkubokunda qələbə sevinci yaşayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb. Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün milli komandaya qayıdıb. Lakin turnir Almaniya yığması üçün uğursuz alınıb. Komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə