Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Maka Boçorişvili: Bakı mühüm konfransa ev sahibliyi edir

2 dəq
Paylaş:
Maka Boçorişvili: Bakı mühüm konfransa ev sahibliyi edir

Bakı yüksəksəviyyəli konfransa, müxtəlif dünya liderlərinin və təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşə ev sahibliyi edir. Əlbəttə ki, bu, Gürcüstan üçün vacib olan məsələlərə diqqət yetirmək baxımından mühüm platformadır. Gürcüstan Baş nazirinin bu tədbirdə iştirakı bizə bir daha ikitərəfli görüşlər keçirmək və bu forum çərçivəsində ölkəmizin mövqelərini səsləndirmək imkanı verəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini və naziri Maka Boçorişvili ölkəsinin nümayəndə heyətinin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, Baş nazirin konfransda iştirakı həm Gürcüstanın mövqelərinin səsləndirilməsinə, həm də tərəfdaş ölkələrlə ikitərəfli görüşlərin keçirilməsinə töhfə verəcək.

Səfər çərçivəsində ilə görüşün də nəzərdə tutulduğunu diqqətə çatdıran Maka Boçorişvili tərəflər arasında Gürcüstan- strateji tərəfdaşlığının və ikitərəfli məsələlərinin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

“Bildiyiniz kimi, münasibətlər yüksək səviyyədədir, strateji tərəfdaşlığımız var. Azərbaycan vacib tərəfdaşdır və əlbəttə ki, ölkələrimiz arasında prioritet məsələlər üzrə ünsiyyət vacibdir", - deyə xarici işlər naziri əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax