Litva Belarusla sərhəddən yük maşınlarının hərəkətini tam bərpa edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İndoneziyada torpaq sürüşməsi 25 can aldı
Bildirilib ki, Litva nəzarət xidmətləri yük nəqliyyat vasitələrinin tam rəsmiləşdirilməsini bərpa edib.
Yanvarın 24-ü Litva gömrük-keçid məntəqələrində gömrük informasiya sistemlərində problemlər yaranmış, Belarus Gömrük Komitəsi Kamennı Loq keçid məntəqəsindən keçən yük maşınlarının Litva ilə sərhəddəki keçid məntəqəsində yoxlanılmadığını bildirmişdi.
Yanvarın 25-də isə Belarus Dövlət Sərhəd Komitəsi Litva tərəfinin yük maşınlarının Benyakoni keçid məntəqəsindən keçməsinə icazə vermədiyini və Kamennı Loq keçid məntəqəsindən nəqliyyat vasitələrini qismən qəbul etdiyini bildirmişdi.
Hazıra avtomobil və avtobusların gömrük rəsmiləşdirilməsi adi qaydada həyata keçirilib.
Hazırda Vilnüsün verdiyi qərarlar səbəbindən Belarus-Litva sərhədindəki altı nəzarət məntəqəsindən yalnız ikisi fəaliyyətdədir.