Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Messi Argentina millisinin gələcək hədəflərindən danışıb

2 dəq
Paylaş:
Messi Argentina millisinin gələcək hədəflərindən danışıb

millisinin kapitanı Lionel komandasının hər zaman daha böyük uğurlar uğrunda mübarizə apardığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Messi Argentina millisinin qazandığı uğurlara baxmayaraq motivasiyasını itirmədiyini vurğulayıb.

“Daha əvvəl də dediyim kimi, bu komanda yarı yolda dayanmır. Düşünürəm ki, bunu hər rəqibə qarşı sübut etdik. Bu, həmişə daha çox şey istəyən qalib komandadır”, – deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatında Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə qarşılaşacaq.

2026-cı il iyunun 11-dən iyulun 19-dək , Kanada və Meksikada keçiriləcək.

Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq.

Bir sıra xarici media orqanları İranın ABŞ və İsraillə yaşadığı gərginlik fonunda turnirdən kənarda qala biləcəyini və bunun millisinin Dünya Kubokuna vəsiqə qazanmasına şərait yarada biləcəyini iddia etmişdi. Lakin İran tərəfi bu ehtimalları təkzib edib.

Mayın 18-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi FIFA-nın ölkəsinin milli komandasının 2026-cı il dünya çempionatında iştirakına zəmanət verdiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax