Operativ Məlumat Mərkəzi

Lənkəranda 10 kq narkotik aşkarlanıb

1 dəq
Paylaş:
Lənkəranda 10 kq narkotik aşkarlanıb
Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat...

Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb. Ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər