"Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşılır"

"Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşılır"
23.02.2023 12:29
Aa
dəq

Cənab Prezident tərəfindən Münxen Təhlükəsizlik Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və Ermənistan tərəfindən son 2 ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır”, - nazir müavini qeyd edib.

Həftənin ən çox oxunanları

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər

Əliyev və Lukaşenko Şuşaya səfər ediblər
DAVAMIN OXU davamın oxu

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu