Konfrans Liqasının qalibi müəyyənləşib

Konfrans Liqasının qalibi müəyyənləşib
08.06.2023 01:05
Aa
dəq

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2
Qollar: 
Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.

Report

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu