Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kəmaləddin Heydərov Bibiheybətdəki sürüşmə ərazisinə baxış keçirib

1 dəq
Paylaş:
Kəmaləddin Heydərov Bibiheybətdəki sürüşmə ərazisinə baxış keçirib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin son günlər yağan yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar sözügedən ərazidə olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri , Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb.

Həmçinin atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax