Operativ Məlumat Mərkəzi

Keçmiş məhkumdan narkotik vasitələr götürülüb

1 dəq
Paylaş:
Keçmiş məhkumdan narkotik vasitələr götürülüb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan...

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər